Qapıda ödəmə

Qapıda ödəmə

Türkiyədə "Kapıda ödeme" xidməti Türkiyənin bank kartları ilə ödəniş etmək mümkün olmayan saytlarından alış-veriş etməyə imkan yaradır. Belə ki, Türkiyə daxili karqo bağlamanızı bizim xarici anbarımıza təhvil verdikdə, məhsulunuzun ödənişi xarici anbarda satıcı firmaya ödənilir. Bu xidmət bank kartı ilə ödənişi mümkün olmayan onlayn alış-veriş mağazalarına şamil edilir. Türkiyədə "Kapıda ödeme" xidmətindən istifadə etmək üçün ilk öncə müştəri GOEx əməkdaşlarını bu haqqda məlumatlandırmalı və sifariş balansını artırmalıdır. Əks halda qapıda ödəmə ilə sifariş edilən bağlamalar geri qaytarılacaqdır.

Qeyd: Qapıda ödəmə xidmətinin, xidmət haqqı 10%-dir.

Bağlamam qutudan çıxarılsın

Bağlamam qutudan çıxarılsın

Bəzən aldığınız kiçik bir məhsul satıcı tərəfindən böyük qutuya yerləşdirilərək göndərilə bilər. Bu zaman bağlamanızın həcmi çəkisi fiziki çəkisindən daha çox ola bilər və çatdırılma haqqı həcmi çəkiyə əsasən hesablana bilər. "Bağlamam qutudan çıxarılsın" xidməti vasitəsi ilə məhsulunuz qutudan çıxarılaraq daha kiçik həcmli qablaşdırılır və bu xidmət vasitəsi ilə çatdırılma haqqı sizin üçün daha sərfəli olur.

Qeyd: Qutudan çıxarılan məhsullar əməkdaşlarımız tərəfindən sınmayacağı müəyyən edilən məhsullardır. Məsələn, ayaqqabı, qutuda göndərilmiş geyimlər və s. Qırıla bilən məhsullar qutudan çıxarılmır.

Sifariş et xidməti

Sifariş et xidməti

Sifariş et xidməti, Türkiyənin istənilən saytından GOEx vasitəsi ilə sadəcə linklə sifariş etmə imkanı yaradır. Bəs nəyə görə sifariş et xidmətini seçməlisiniz?

Sifarişiniz ödənişsiz sığortalanır!

Məhsulunuz satıcı tərəfindən yanlış parametrlərdə göndərildikdə, ÖDƏNİŞSİZ geri qaytarılma!

Məhsulunuz xarici anbarda ödənişsiz yoxlanılır və parametrlərdə yanlışlıq olarsa elə xarici anbarda iadə edilir!

Sifariş et xidməti ilə bəyannamə doldurmağa ehtiyac yoxdur!

Sadəcə bir link yerləşdirərək, RAHAT alış-veriş imkanı!

Qeyd: Sifariş et xidmətinin xidmət haqqı sifariş etdiyiniz məhsulun 5%-ni təşkil edir.


Sifarişim yoxlanılsın xidməti

Sifarişim yoxlanılsın xidməti

Sifarişim yoxlanılsın xidməti, bağlamanız satıcı tərəfindən xarici anbarımıza təhvil verildikdə, məhsulunuzun parametrlərinin düzgünlüyü yoxlanılır.

Məsələn: sifariş verdiyiniz ayaqqabının, geyiminizin ölçüsünün, rənginin düzgünlüyü və ya sifariş etdiyiniz hər hansı sınma ehtimalı olan məhsulun yoxlanılması bu xidmətə şamil edilir.

Qeyd: Sifarişim yoxlanılsın xidmətinin xidmət haqqı 1 usd təşkil edilir. Xidmətdən istifadə etmək üçün bağlamanızı saytımızda bəyan edərkən "Sifarişim yoxlanılsın" düyməsinə klikləyin.

Kuryer sifarişi

Kuryer sifarişi

Kuryer sifarişi vasitəsi ilə Türkiyədən Bakı ofisinə daxil olmuş bağlamalarınızı qapınıza kimi sürətli və sərfəli şəkildə çatdırırıq!

Kuryer sifarişi xidmətindən istifadə edərək siz vaxtınıza qənaət edərək bağlamanızı əldə edə bilərsiniz.