// GOExpress

Ən çox verilən suallar

"Mənim üçün Sifariş Et" xidməti.
Goex şirkəti bağlamaların poçt ilə Azərbaycanda istənilən ünvana çatdırılmasını həyata keçirir.
Daşınılan bütün bağlamaların ödənişsiz olaraq sığortalanması.
Türkiyədə qapıda ödəmə ("Kapıda ödəmə") xidməti.
Onlayn kuryer xidməti.
Minimal çatdırılma tarifləri 1.00 $-dan başlayan qiymətlər.
Sürətli çatdırılma xidməti.
Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi.
Operativ müştəri xidmətləri.

Goex.az - da qeydiyyatdan keçin

Qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.

Sifarişi ünvana göndərin

Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.

Bağlamanızı təhvil alın

Anbarımıza təhvil verilmiş məhsulu 3-5 iş günü ərzində Azərbaycana çatdırırıq.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:

1. Fiziki çəki 

2. Həcm çəkisi 

Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. 

Hesablanma qaydasını nəzərinizə çatdırırq.

En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)

Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə həyata keçirilir. Bağlamanız anbarımıza daxil olduqdan sonra 5 iş günü ərzində Azərbaycana çatdırılır.

Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL Goex.az şəxsi hesabında  “BƏYAN  ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Teslimat no,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, "Teslimat no", “Gönderi numarası”, Kargo takip numarası, Barkod no)  mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.

İstisnalar:

Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.

Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.

Bağlamanın düzgün bəyan olunması qaydası ilə və bəyannamə ilə bağlı bütün suallarınıza video təlimatda cavab tapa bilərsiniz.

Address: Baku city. Narimanov district, Ahmad Rajabli Street 4/6, AZ 1015


Working hours:


Monday - Saturday: 09:00 - 20:00


Sunday: 09:00 - 16:00

Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Goex.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər. Qeyd edək ki, POS-terminal vasitəsiylə ödəniş zamanı POS-terminal tərəfindən 2% komissiya hesablanır.

Əgər siz öz hesabınızda Bakı ofismizdə olan bağlama(lar)ınızı yaxınlaşıb, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün siz saytımızda hesabınıza daxil olub, şəxsi hesabda "Etibarnamələr" bölməsindən bağlamanı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları daxil edib, ona etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Etibarnamə verməkdə say limiti yoxdur. Siz istənilən qədər etibarnamə əlavə edə bilərsiniz.

Daşınması qadağan olan məhsullar:

  • Dezodorantlar.

  • Mobil telefonlar.

  • Müxtəlif növ batareyalar, powerbank-lar.

  • Qida məhsulları.

  • Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )

  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.

  • Partlayıcı, tezalışan, kimyəvi və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.

  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.

  • Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.

  • Canlı heyvanlar.

  • Bitki və toxumlar.

  • Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.

  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.

  • Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.

  • Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.

  • Pul əskinasları, sikkələr.

  • Akkumulyatorlar.

  • Batareyalar.

  • Mühərriklər.

  • Hover Board skuterlər.

  • Maşın yağları və maşın yağının olduğu bütün mallar.

  • Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.

  • Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.

  • Litium batareyalar və batareyalara sahib texnikalar.

  • Sənət əsərləri, müxtəlif  sənədlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!

Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik.  Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.

Xidmətimizdən istifadə ilə bağlı tam məlumat üçün 070 900 11 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün  UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Trendyol express “Teslimat no”, PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. 
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.

“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.⁣⁣

Kuryer sifarişini Goex.az saytına daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün Goex.az saytında hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.⁣⁣

Bağlamalarınızı 3 gün ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamaların daşınma haqqını və kuryer ödənişini istəyinizə görə onlayn və ya nağd şəkildə ödəyə bilərsiniz.

Onlayn alış-veriş hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Bildirək ki, poçt çatdırılması üçün sifariş bağlama Bakı ofisində olan zaman qəbul edilir.
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və nəzərinizə çatdırırıq ki, poçt tariflərini dövlət poçtunun özü təyin edir. 1 kq üçün ödəniş 3 AZN-dir. Balansınızda ən az 5 AZN vəsait olmalıdır. Daşınma haqqı ödənilməli müştərinin hər hansı bir borcu olmamalıdır. Biz poçtla çatdırılma üçün Sizin balansınızdan yalnız dövlət poçtunun təyin etdiyini məbləği silirik. Artıq məbləğ balansınızda qalır. Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir. Yuxarıda yazılan şərtlər tamamlandıqdan sonra bağlamanızın poçtla çatdırılması üçün saytımızda şəxsi kabinetinizə daxil olub "Azərpoçt" bölməsindən onlayn poçt sifarişini həyata keçirə bilərsiniz.

Şirkətimiz bağlamaların geri qaytarma xidməti təklif edir.

Xidmət qaydalarını nəzərinizə çatdırırıq:

"Xarici Anbardan" bağlamanın İADƏ-si

Goex Express şirkəti "Sifarişim yoxlanılsın" xidməti ilə əldə edilən məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir. 

Standart qaydada sifariş edilmiş bağlamaların İADƏ-si ödənişli əsaslarla həyata keçirilir. 

Şərtlər: 

Bağlama yalnız səhv məhsul göndərilən zaman, məhsul zədəli, qüsurlu (Qüsur ofisdə aşkarlanmalıdır.) olduqda, rəngi və ya ölçüsü səhv gələrsə, geri qaytarılır.

 

Goex Express şirkəti "Mənim üçün Sifariş Et" xidməti ilə əldə edilən məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir. 

Goex Express şirkəti vasitəsi ilə yalnız daşınması həyata keçirilən bağlamaların qaytarılması isə ödənişli əsaslarla həyata keçiriləcəkdir. 

Qaytarılma tarifi daşınma tariflərinə görə bağlamanın çəkisi əsasında müəyyən edilir. 

Şərtlər: 

Bağlama yalnız səhv məhsul göndərilən zaman, məhsul zədəli, qüsurlu (Qüsur ofisdə aşkarlanmalıdır.) olduqda, rəngi və ya ölçüsü səhv gələrsə, geri qaytarılır. 

Bağlama geri qaytarılma üçün Bakı ofisinə daxil olduğu gündən etibarən növbəti 2 iş gün ərzində məhsul ofisi tərk etmədən yoxlanılarsa və yuxarıda qeyd edilən hallardan biri aşkarlanarsa, faktura sənədi ilə qəbul olunur. 

Qeyd:

Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir.

Geri qaytarılma yalnız satıcı mağazanın qaytarma şərtləri daxilində həyata keçirilir.

Biz anbarımıza daxil olan bütün bağlamaları ödənişsiz olaraq sığortalayırıq.

Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq.

Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlarlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmuş bütün həssas məhsulları ödənişsiz olaraq sığortalayırıq.

Xarici anbarların iş qrafiki aşağıdakı kimidir:

Türkiyə anbarı:
Bazar ertəsi – Cümə:     9:00 – 18:00
Şənbə:                             9:00 – 13:00
Bazar:                              Qeyri-iş günü

Bağlamalar Türkiyə daxili kargoya verildikdə saytımızda bəyan edilməlidir. Bağlama düzgün bəyan edildiyi təqdirdə 24-48 iş saatı ərzində xarici anbar statusu alır. Qeyd olunan zaman ərzində bağlamanız sistemdə əks olunmadıqda bağlamanın teslimat detaylarını bizə sosial media üzərindən və ya info@goex.az mailinə sorğu yönəldərək araşdırılmasını tələb edə bilərsiniz.

Biz yalnız anbarın iş saatları çərçivəsində təhvil verilən və anbar əməkdaşlarının imzası ilə təsdiq olunan bağlamalara görə məsuliyyət daşıyırıq.

Bağlamalar Türkiyə anbarında 15 gün, Bakı anbarında isə 10 gün ödənişsiz şəkildə saxlanıla bilər. Türkiyə anbarında 15 gün, Bakı anbarında isə 10 gündən sonra hər gün üçün 0.50 azn saxlanc haqqı hesablanacaqdır.

"Kapıda ödeme" xidməti bank kartı ilə alış veriş etmə imkanı olmayan saytlardan sifariş üçün nəzərdə tutlmuşdur. Nəzərinizə çatdırırıq ki, Müştəri istədiyi məhsulu özü  mağazanın saytına daxil olaraq sifarişi edir. Daha sonra, goex.az hesabınıza daxil olaraq, "Sifariş et / Qapıda ödəmə" bölməsinə daxil olaraq, "Qapıda ödəmə" düyməsini klikləyərək, sifarişi haqqında məlumatı qeyd edir və məhsulunuzun ödənişini edir.  Xarici anbar əməkdaşları sifariş üçün ödəniş edərək, məhsulu təhvil alır.  Xidmət üçün komissiya haqqı 10% dir. Sifariş satıcı tərəfindən hər hansı səbəbdən sifariş ləvğ edilərsə, müştəriyə 10% bank xərci geri qaytarılmır.

Poçt sifarişi üçün saytımızda Şəxsi kabinetinizə daxil olub Kuryer bölməsinə keçid edib, ünvan bölməsinə lazımı məlumatları qeyd edərək, poçt sifariş edə bilərsiniz.

TL balansı "Mənim üçün sifariş et" xidmətindən istifadə etmək istəyən müştərilərin  saytımıza yerləşdirdikləri linklərdə qeyd olunan məhsulların ödənişinin edilməsi üçündür.

AZN balansı daşınma haqqı və kuryer sifarişlərinizin ödənişinin edilməsi üçündür. Qeyd edək ki, daşınma haqqı həm nağd həmçinin onlayn olaraq yerinə yetirilə bilir.

Həmçinin bu balanslar arasında transfer mümkün deyildir. Balansınızda olan pulun geri qaytarılması üçün isə info@goex.az mail adresinə sorğu ünvanlamanız tələb olunur.

Türkiyədən maye məhsulların daşınması mümkündür və maye məhsullar da maye məhsul tarifi ilə hesablanır.

Bir ünvana bir şəxs tərəfindən kuryer sifarişi edildikdə, bağlama sayından asılı olmayaraq yalnız bir sifarişin ödənişi ödənilir.

Bağlamanız DGK tərəfindən saxlanıldığı zaman, sizə Smart Customs-dan bu haqqda bildiriş göndərilir. Bu bildirişin göndərilməsi yalnız DGK-ə məxsusdur. Məlumatı qəbul etdikdən sonra, istifadəçi şəxs GOExpress baş ofisinə yaxınlaşıb, çatdırılma haqqının ödənişini etdikdən sonra aviaqaiməni təhvil alır. Bu aviaqaimə ilə istifadəçi Bakı Karqo Terminala yaxınlaşa bilər.

Goex saytındaki balansınızı  nağd və onlayn şəkildə artıra bilərsiniz. Saytımızda şəxsi kabinetinizə daxil olaraq onlayn şəkildə balansınızı artıra bilərsiniz. 

Müştərilər Smart Customs tətbiqində vəya e.customs.gov.az saytında bağlamalarını bəyan etdikdə 300 dollar limitini keçdikləri təqdirdə ödənilməli olan vergi məbləğini onlayn olaraq ödəyə bilirlər və bağlamalarını təhvil almaq üçün Gömrük orqanlarına yaxınlaşmalarına ehtiyaç qalmır. Müştərilər eyni zamanda  bağlamaların gömrük anbarından saxlanc haqqından da (İlk gün üçün 15 AZN,  sonraki hər gün üçün 2 AZN) azad edilirlər. Beləliklə müştərilər bütün bağlamalarını "Smart Customs"- da bəyan edərək həm saxlanc haqqından həm gömrüyə getməkdən həm də broker xidmətindən istifadə etməkdən azad edilirlər. 

Ay ərzində bütün bağlamalar Smart Customs mobil tətbiqində və e.customs.gov.az saytında bəyan edildikdə və Limit aşımı olduqda, qeyd olunan vergi ödənişini anında onlayn olaraq həyata keçirib, bu barədə məlumat verdikdə bağlamalar gömrükdə saxlanılmadan Bakı Ofisinə göndərilə bilər.