Daşınma şərtləri
Goex.az satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Şirkət sifarişçinin ödənişini birbaşa əməkdaşlıq etdiyi Türkiyə şirkətinin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% bank xərci nəzərdə tutulub (Müştərinin ödədiyi məbləğin satıcı mağazanın hesabına köçürülməsinə qədərki bank xərcləri).
Goex.az heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
Goex.az satıcı firma tərəfindən malın onun anbarına çatdırılması müddətinə görə heç bir məsuliyyət daşımır.
İstifadəçi ödəniş edərkən Türkiyədaxili karqo ödənişini etmədiyi halda, bu mal təhvil verilərkən onun balansından çıxılacaq.
Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) sifarişçiyə bu haqda məlumat verilir və istifadəçinin ödədiyi məbləğ Türkiyə şirkəti tərəfindən geri qaytarılır.
Sifariş olunmuş məhsullun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa 5% bank xərci geri qaytarılmır.
Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı sifarişçiyə telefon vasitəsi ilə məlumat verilir. Əgər sifarişçi ilə əlaqə yaradıla bilmirsə, sifariş həyata keçirilmir.
Sifarişləri səbətə topladıqdan sonra Toplam ödə funksiyası ilə ödənilmiş sifarişlər birlikdə verilir. Ayrı-ayrılıqda ödəniş olunmuş sifarişlər fərqli vaxtlarda sifariş verilə bilər.
Ödənişlərin karta geri qaytarılması 5-15 gün müddətində baş verir, bəzi hallarda isə banklardan asılı olaraq daha bir neçə gün gecikmə ola bilir.
Azərbaycan qanunvericiliyi ilə qadağan olunmuş məhsulların sifarişi qəbul olunmur.