// GOExpress

Haqqımızda

BİZ KİMİK? GOEX MMC (VÖEN - 1504956471) şirkəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında 2021-ci ildən etibarən fəaliyyət göstərməkdədir. “GOEX” sürətli karqo şirkəti olmaqla, Türkiyə və Çindən poçt bağlamalarının, onlayn mağazalar vasitəsilə sifariş edilən malların, eləcə də böyük həcmli və ağır çəkili qeyri-standart yüklərin qısa müddətdə hava nəqliyyatı ilə çatdırılmasını təşkil edir. Goex.az saytında qeydiyyatdan keçərək xidmətlərimizdən istifadə edə bilərsiniz. Biz, GOEX sürətli poçt şirkəti olaraq Azərbaycan xalqına yüksək keyfiyyətli və operativ xidmət göstərməkdən qürur duyuruq. Bizimlə Siz Xaricdə yerləşən anbarlarımız vasitəsilə iləonlayn mağazaların Azərbaycana birbaşa göndərməkdən imtina etdikləri məhsulu əldə edə bilərsiniz. «Goex» beynəlxalq yük daşımaları sahəsində güclü texniki bazaya və kadr potensialına təcrübəsi olan etibarlı şirkətdir. Bağlama bizim Türkiyə anbarına daxil olduğu gündən etibarən 3 iş günü, Çin anbarına daxil olduğu gündən etibarən 7 iş günü ərzində Bakıya çatdırılır. Bizimlə sifariş zamanı siz, Azərbaycan ofislərimizdəki bağlamalarınızı saatlarla növbələrdə gözləmədən onlayn növbə götürməklə əldə edə bilərsiniz. «GOEX» saytında qeydiyyatdan keçdikdən sonra istənilən fiziki və hüquqi şəxs xidmətlərimizdən istifadə edə bilər. Qeydiyyat ödənişsizdir. Şirkətimiz hal-hazırda AZAL, SilkWay, Türk Hava Yolları ve başqa təcrübəli aviaşirkətlərlə əməkdaşlıq edərək Türkiyədən şəxsi və korporativ yüklərin daşınmasını həyata keçirir. Bizim vasitəmizlə daşınan və beynəlxalq yük daşıma qaydalarına əsasən qablaşdırılmış bütün bağlamalar üçün “Ödənişsiz Sığortalama” xidmətini təklif edirik. Bağlama xaricdə yerləşən anbarımıza daxil olduğu andan etibarən müştəriyə təhvil verilənədək bütün məsuliyyət şirkətin üzərinə düşür. Aydındır ki, bir cox onlayn alış-veriş mağazaları bəzən məhsulun rəngini, ölçüsünü səhv göndərə bilər və ya məhsul qüsurlu ola bilər. Bu kimi halların qarşısını almaq və müştəri məmnuniyyətini hər zaman yüksək səviyyədə saxlamaq üçün “Ödənişsiz Geri Qaytarma” və *Ödənişli xarici anbarda yoxlama* (istəyə bağlı olaraq) xidmətimizi aktivləşdirmişik. Bizimlə siz, həm də onlayn ödəniş qəbul etməyən, yalnız Türkiyədə “Kapıda Ödeme” tələb edən mağazalardan da alış-veriş edə bilərsiniz. Bunun üçün şirkətimizin əməkdaşları Sizə köməklik edəcək. Biz bütün Azərbaycan əhalisinin Türkiyədən onlayn alış-veriş etməsini və sifarişlərini sürətli şəkildə əldə etməsini təmin etmək üçün bağlamaları bütün Azərbaycanda olan ofislərimiz və ya şöbələrimiz vasitəsilə çatdırırıq. Operativ “Mənim üçün Sifariş Et” xidməti və fasiləsiz işləyən anbarımız, peşəkar müştəri xidmətlərimiz, rahat və zəngin interfeysli veb saytımızla xidmətinizdəyik!