Goex ilə 1 kq-2.62$

2023-05-23 16:54:03

Daha çox sifariş et, daha ucuz əldə et. Belə ki, artıq bağlamalarınızı Goex vasitəsilə sifariş etdikcə siz daşınma haqqına 25%-dək endirim əldə edə bilərsiniz. Necə? Kampaniya şərtləri aşağıdakı kimidir:

Goex vasitəsilə ay ərzində sifariş etdiyiniz bağlama sayı sizin şəxsi hesabınızdakı “Bonus”lar bölməsində toplanılır və ay sonunda o saya uyğun kateqoriyada olan endirim faizi qədər növbəti təqvim ayında çatdırılma haqqına endirim əldə edirsiniz.

Məsələn, siz Goex vasitəsilə Aprel ayı ərzində 30 ədəd bağlama sifariş edib, Gold kateqoriyasındakı müştəri statusunu əldə etdikdən sonra, növbəti ay, yəni May ayı ərzində bütün sifarişlərinizdə çatdırılma haqqını 20 % Endirimlə ödəyəcəksiniz.

Sifariş edilən bağlama sayına uyğun endirim kateqoriyaları bu cürdür:

Bronze Kateqoriyası-Ay ərzində 10 və üzəri sayda bağlama-Növbəti ay 5 % endirim;

Silver Kateqoriyası-Ay ərzində 20 və üzəri sayda bağlama-Növbəti ay 10 % endirim;

Gold Kateqoriyası-Ay ərzində 30 və üzəri sayda bağlama-Növbəti ay 20 % endirim;

Platinium Kateqoriyası-Ay ərzində 40 və üzəri sayda bağlama-Növbəti ay 25 % endirim.

Hesablanılan bonus sayı və endirim faizləri yalnızca Türkiyədən sifariş üçün keçərlidir. Bağlamalar “Bonuslar” bölməsində xarici anbara daxil olduğu andan hesablanılır. Bağlamalara kateqoriyanıza uyğun endirim də həmçinin bağlamanız xarici anbara daxil olduğu anda hesablanılacaqdır. Kampaniya müddətsiz olaraq elan edilir və Goex-in öncədən elan edəcəyi son tarixə qədər qüvvədədir.

Kampaniyadan yararlanmaq üçün xüsusi heç nə etməyinizə ehtiyac yoxdur, sadəcə Goex vasitəsilə sifariş edin, sərfəli fürsətlərdən yararlanın!