// GOExpress

Qadağan edilmiş məhsullar

Qeyd olunan qadağan olunmuş məhsulların şirkətimiz tərəfindən daşınılması həyata keçirilmir.

Azərbaycan Respublikasının dövlət qurumlarının operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər;

Müvəqqəti sərgi, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlər istisna olmaqla, Azərbaycan Respublikasının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər;

Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat, xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;

Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları və ya qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac);

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparılması, göndərilməsi, və ya alınmasına icazəsi olmayan zooloji kolleksiyalar, hissələri və heyvanlar aləmi obyektləri;

Dövlət Arxiv Fondunun sənədləri, dövlət gerbi həkk olunmuş sənədlərin əsli və dövlət kəmiyyət vahidləri etalonları:

Təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;

Tez xarab olan qida məhsulları;

Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;

Radioaktiv maddələr, odlu silah və onun döyüş sursatları.

Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə

İnsanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;

Civə, kimyəvi reaktivlər və turşular;

Zəhərli, toksikoloji , bioloji və infeksion maddələr;

İnsan orqanları və (və ya) toxumaları, canlı heyvanlar;

Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar;

Maqnit tərkibli məhsullar.

Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.

Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )

Müxtəlif növ batareyalar, powerbank-lar.