Ətir sifariş edərkən nəyə diqqət etmək lazımdır?
2023-05-23 17:02:49
Bəzən müştərilər parfumlərin növləri haqqında məlumatsız olduğu üçün düzgün istifadə edilməməsinə görə onların qoxusunun qalıcı olmamasından şikayətlənirlər. Ümumiyyətlə, ətirlər bir neçə növə bölünür. Bunlar içərisində ən bahalı və qalıcı hesab edilən – Parfumdur.
1. Perfum yaxud təmiz ətir
Perfum, Perfume və ya Extrait kimi qeyd edilənlər tərkibinə ən çox konsentrat daxil olan ətirlərdir. Bu ətirlərin tərkibinə 20-30% və bəzən də daha çox təbii ətir konsentratı daxildir. Belə ətirlərə niş ətirləri də deyilir. Təbii ki, belə ətirlərin qalıcılıq qüvvəsi yüksək, qiymətləri isə çox baha olur.
2. Parfum suyu və ya Eau De Parfum (EDP)
Bu ətirlərin tərkibinə 15-25% parfum konsetratı daxildir. Qiymətinin münasib olmasına tərkibindəki yüksək konsentrasiya və qalıcılıq qüvvəsinə görə müştərilər arasında ən çox alınan növdür.
Bir çox brendlərdə bu ətrin ən yüksək növü hesab edilir. Belə ki, parfum şirkətlərinin hamısı yüksək konsentrasiyalı ətir istehsal etmir.
3. Tualet suyu və ya Eau De Toilette (EDT )
Tualet sularında ətir konsentratı o qədər də yüksək olmur. Adətən 10-20% (kişi parfumlarında 6-12%) təşkil edir. Belə ətirlərin qiyməti çox da yüksək olmur, qalıcılığı isə 2-3, bəzən isə maximum 5-6 saat olur.
4. Odekalon və ya Eau De Cologne (EDC)
3-5% parfum ekstraktından ibarət olur. Çox az qalıcılıq qüvvəsinə malikdir. İsti havalarda EDT əvəzinə istifadə edilə bilər.
5. Dezodorant (Parfum Deo)
3-5% parfum ekstraktı ilə zəngin olur. Eyni zamanda təravətləndirən, ətirləndirən və gigiyenik təsirə malikdir.
Parfümlərinizi düzgün seçin və Goex ilə sifariş edin, sürətli və etibarlı şəkildə əldə edin!