Bağlamam qutudan çıxarılsın!

2022-05-19 15:41:53

Bəzən aldığınız kiçik bir məhsul satıcı tərəfindən böyük qutuya yerləşdirilərək göndərilə bilər. Bu zaman bağlamanızın həcmi çəkisi fiziki çəkisindən daha çox ola bilər və çatdırılma haqqı həcmi çəkiyə əsasən hesablana bilər. "Bağlamam qutudan çıxarılsın" xidməti vasitəsi ilə məhsulunuz qutudan çıxarılaraq daha kiçik həcmli qablaşdırılır və bu xidmət vasitəsi ilə çatdırılma haqqı sizin üçün daha sərfəli olur. Qeyd: Qutudan çıxarılan məhsullar əməkdaşlarımız tərəfindən sınmayacağı müəyyən edilən məhsullardır. Məsələn, ayaqqabı, qutuda göndərilmiş geyimlər və s. Qırıla bilən məhsullar qutudan çıxarılmır.