Bağlamaların anbarda saxlanma müddəti!

2022-08-31 14:08:41

Dəyərli müştərilərimiz, yenilənmiş qaydamıza əsasən artıq mərkəzi anbarımıza (Bakı anbarına) daxil olan bağlamalar 15 gün ərzində ödənişsiz saxlanılır. Bağlamanın saxlanılma müddəti 15 günü aşarsa hər gün üçün 0.50 azn bağlamanın daşınma haqqının üzərinə gələcəkdir. Nəzərinizə çatdıraq ki, qeyd edilən qayda məntəqə bağlamalarına da şamil edilir.

Qeyd: Qayda 01.09.2022 tarixindən qüvvədədir və həmin tarixdən etibarən bağlamaların anbarda saxlanma günü hesablanacaqdır.

GOEx ilə daha TEZ!